Xəbər lenti
04/11/2026 [11:29]
Dəfn pulu da artırılır
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

İran üçün bəla başladı: Sanksiyalar işə düşdü

Baxılıb: 607     Tarix: 06-08-2018 10:50   

ABŞ Tehrana qarşı 2015-ci ildə nüvə müqaviləsi imzalana qədər olan sanksiyalardan daha dəhşətlisini tətbiq etməyə hazırlaşır.
Qanunvehedef.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
Onun sözlərinə görə, sanksiyalar İran rəhbərliyinin fəaliyyətlərinə cavabdır. O bu sanksiyaların mənfi nəticələrinə görə, bütün məsuliyyətin İran hökumətinin üzərinə düşdüyünü bildirib. Pompeo İran xalqının ABŞ-dan yox, öz rəhbərlərindən narazı olduğunu deyib.
Qeyd edək ki, bu gün ABŞ İrana qarşı sanksiyaların bir hissəsini bbərpa edəcək. Bu sanksiyalar avtomobil sektoru, qızıl və digər dəyərli metal ticarətinə aid olacaq. İrana qarşı sanksiyaların ikinci hissəsi 4 noyabrda qüvvəyə minəcək. Bu sanksiyalar isə energetika sektoru, Mərkəzi Bankla bağlı tranzaksiyalara aid ediləcək.
Sanksiyalar İranla iş əlaqələri olan ölkələrin şirkətlərinə də aid ediləcək.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar