Xəbər lenti
04/11/2026 [11:29]
Dəfn pulu da artırılır
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Ərəb koalisiyası və terrorçular arasında - Məxfi razılıq

Baxılıb: 606     Tarix: 06-08-2018 16:44   

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəməndə husilərə qarşı savaşması üçün Əl Qaidə terror təşkilatı ilə məxfi razılaşma imzalayıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı “Assoşeyted Press” agentliyi yayıb. Agentlik bu məlumatı Yəməndəki 20-yə yaxın mənbə vasitəsilə təsdiq etdiyini bildirib.
Tərəflər arasındakı razılaşmaya əsasən, terror təşkilatı koalisiyaya qarşı vuruşan komandirləri pul vasitəsilə satın almalı, eləcə də koalisiya tərəfində döyüşməsi üçün yeni döyüşçülər toplamalı idi. İddiaya görə, ABŞ da bu razılaşma barədə məlumatlı olub və bunun üçün də terror təşkilatına aviazərbələri dayandırıb.
Üstəlik, 2016-cı ilin əvvəlində BƏƏ ilə razılıq əsasında terrorçular əl-Mukalla limanını və Şabva şəhərini tərk edib. Bunun üçün BƏƏ terror təşkilatının 200 döyüşçüsünün hər birinə 26 min dollar verib.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar