Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Trampın müşaviri prezident olmaq istəyir

Baxılıb: 588     Tarix: 06-12-2022 11:19   

Ağ Evin Milli Təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini istisna etməyib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı Bolton öz rəsmi tviter hesabında paylaşıb.
“Respublikaçılar Partiyasından prezidentliyə hazırkı namizədlər Trampdan imtina etməsələr, mən yarışda iştirak etməyə hazıram”, - deyə Bolton qeyd edib.
Xatırladaq ki, Con Bolton 2018-2019-cu illərdə Donald Trampın prezidentliyi dövründə ABŞ Prezidentinin müşaviri olub. Tramp 2019-cu ilin sentyabrında Boltonu vəzifəsindən azad edib. Mediada yayılan məlumata görə, Tramp və Bolton arasında fikir ayrılığının əsas mövzusu İrana qarşı sanksiyalarla bağlı mövqe olub. Belə ki, Bolton bu zaman İrana qarşı sanksiyaların sərtləşdirilməsinə təkid edib.
Qeyd edək ki, noyabr ayında Donald Tramp da öz növbəsində 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar