Xəbər lenti
17/01/2025 [13:11]
Sabah yağış yağacaq
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Rusiyadan şok addım: İran-Ermənistan dəmiryolu...

Baxılıb: 524     Tarix: 07-08-2018 15:04   

İran-Ermənistan dəmiryolunun tikintisi tam reallaşa bilər.
Qanunvehedef.az xəbər verir ki, bunu “SputnikErmənistan”a açıqlamasında Rusiya Dəmiryolları ASC-nin rəhbərinin birinci müavini Aleksandr Mişarin deyib.
“Biz həqiqətən bu məsələni işləməyə başlamışıq. Bu gün bu marşrut (Fars körfəzi – Qara dəniz marşrutu. Ermənistan ərazisindən keçir) multimodaldır. Yəni bu marşrutun tərkibində dəmiryolu və avtomobil daşımaları yer alır. Biz hesab edirik ki, Ermənistan və İran hökuməti tərəfindən bu marşrutun formalaşması üçün qoyulan cəhdləri inkişaf etdirmək lazımdır. Məncə İrandan Ermənistana dəmiryolunun çəkilməsi texniki baxımdan tam mümkündür. Sadəcə olaraq bunun üzərində çalışmaq və investisiyalar axtarmaq lazımdır” – deyə o bildirib.
Qeyd edək ki, bu layihənin dəyəri 3,2 milyard dollar hesab edilir. Bu layihə çərçivəsində 64 körpü, 60 tunel və 27 stansiya tikilməlidir. Tərəflər bu layihənin 2022-ci ilə qədər reallaşdırılmasını nəzərdə tutsalar da, indiyə qədər real investor çatışmazlığı ucbatından onun reallaşması mümkün olmayıb.
Ermənistanın dəmiryolları tam olaraq Rusiyanın nəzarəti altındadır.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar