Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Qırğızıstan parlamentində rus dili ilə bağlı qalmaqal - Video

Baxılıb: 515     Tarix: 15-12-2022 11:41   

Qırğızıstan parlamentinin (Joqorku Keneş) spikeri Nurlanbek Şakiyev qanunverici orqanın iclası zamanı deputata rus dilində çıxış etməyə icazə verməyib.
Qanunvehedef.az xəbər verir ki, iclas “AKİ-TV”də canlı yayımlanıb.
Məlumata görə, iclas zamanı ölkənin təbii resurslar, ekologiya və texniki nəzarət naziri Dinara Kutmanova çıxışına rus dilində başlamaq istəsə də, spiker onu dayandıraraq çıxışını rus dilində etmək üçün kimdən icazə aldığını soruşub. Kutmanova isə cavabında deputatlardan, Şakiyevin özündən icazə aldığını qeyd edib.
“Nə vaxt? Mən bu haqda indi eşidirəm. Burda qaydalar belədir, dövlət dilində çıxış etmək lazımdır. İcazə belə almayın”, - deyə spiker deputata iradını bildirib.
Spikerin iradlarından sonra Kutmanova razılaşaraq çıxışını qırğız dilində davam etdirib.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar