Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Seneqal parlamentində əlbəyaxa dava: Deputatlara həbs cəzası verildi

Baxılıb: 412     Tarix: 03-01-2023 18:20   

Dakar məhkəməsi Seneqal parlamentinin deputatları Massata Samba və Mamadu Nyanqa büdcə müzakirəsi zamanı həmkarını döydükləri üçün 6 ay həbs cəzası verib.
Həmçinin parlamentarilər zərərçəkənə 5 milyon Afrika frankı (təxminən 8 200 dollar) məbləğində təzminat ödəməli olacaqlar.
Müxalifətdəki deputatlar dekabrın 1-də hakim "Ümiddə Birləşmiş" partiyasının üzvü Emi Qnibi Ndiayeyə hücum ediblər. İclas canlı yayımlanıb. Millət vəkili onun sözlərini ələ saldıqdan sonra Samba qadının üzünə sillə vurub. Buna cavab olaraq Qnibi Sambaya stul atdı. Sonra digər parlamentarilər qadını yerə yıxıblar, Nyanqu isə onun qarnına təpik vurub.
Qnibi Ndiaye onların dediyinə görə, həmin vaxt hamilə olub. Davadan sonra deputat özünü pis hiss edib və xəstəxanaya yerləşdirilib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar