Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

ABŞ Rusiya silahlarını kosmosdan məhv edəcək

Baxılıb: 738     Tarix: 09-08-2018 15:08   
Pentaqon kosmosda raketdən müdafiə üçün sensor qatı yerləşdirmək istəyir.
Qanunvehedef.az modern.az-a istinadən xəbər verir ki, bu yeni sistemlər Rusiyanın hipersəs raketləri və digər fantastik silahları əleyhinə effektiv olacaq.
Nəşrin bu məlumatı Raketdən Müdafiə Agentliyinin direktoru general-leytenant Sem Qrivsin Alabama Ştatı Hantsvil şəhərində çıxışına istinadən yayılıb.
Qrivsin sözlərinə görə, bu sistemlərin kosmosda yerləşdirilməsi vacib və əhəmiyyətli bir məsələdir.
Burada əsas məsələ sensorlara qoyulan tələblər və onların əldə olunması prosesidir.
O, bu sensorların hipersəs raketləri və digər mürəkkəb hədəflərin izlənilməsi, məhvi ilə bağlı çox effektiv olacağını qeyd edib.
Həmçinin sistemin əsas yeniliyi raketlərin qalxma və atəşlənmə zamanı onları müəyyən edə bilməsidir.
Qeyd edək ki, Qrivs həmçinin agentliyinin raketlərin ələ keçirilib məhv edilməsinə hesablanmış kosmosda yerləşdiriləcək müdafiə sistemi üçün raketlərlə bağlı Pentaqonla danışıqlar apardığını bildirib.шаблоны для dle 11.2