Xəbər lenti
22/04/2025 [16:09]
Dollar kəskin ucuzlaşdı
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Ukrayna Gürcüstandan daha bir qrup hərbi texnikanı istəyir

Baxılıb: 578     Tarix: 19-01-2023 13:21   

Ukrayna Gürcüstan rəhbərliyindən yerli istehsal olan "Didqori" seriyalı zirehli texnikaları ona verməyi xahiş edir.
“Report” xəbər verir ki, bu barədə Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov Gürcüstanın “Palitranews” telekanalının efirində bildirib.
Onun sözlərinə görə, “Didqori”lər humanitar məqsədlər üçün istifadə edilərsə, Ukrayna üçün faydalı olacaq.
Diplomat deyib ki, Gürcüstan hakimiyyətinin niyə hərbçilər üçün fərdi qoruyucu vasitələri, həmçinin ilk tibbi yardım çantalarını Ukraynaya göndərməməsi hələ də aydın deyil.
Qeyd edək ki, “Delta” dövlət hərbi elmi-texniki mərkəzi 2010-cu ildən fəaliyyət göstərir. “Delta” Gürcüstan Müdafiə Nazirliyinin mülkiyyətidir. Zavodun istehsal etməyə başladığı ilk məhsullar “Didqori” ailəsinin zirehli maşınları, eləcə də “Lazika” piyada döyüş maşınları oldu.
Xatırladaq ki, Gürcüstan hakimiyyəti daha əvvəl bildirib ki, Ukraynaya hərbi yardım göstərməyəcək, çünki bu, münaqişədə iştiraka bərabərdir. Buna baxmayaraq, Tbilisi Kiyevə humanitar yardım edir.
Ukrayna daha əvvəl də Gürcüstandan "Buk" zenit-raket komplekslərini istəyib, ancaq qarşı tərəf verməkdən imtina edib

Qanunvehedef.azшаблоны для dle 11.2