Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Nensi Pelosi evində "cin çıxarma" mərasimi təşkil edib

Baxılıb: 521     Tarix: 23-01-2023 12:07   

ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosi ərinə sui-qəsddən sonra keşişləri San-Fransiskodakı evinə "cin çıxarma" mərasiminə dəvət edib.
Bu barədə onun qızı Aleksandra Pelosi "The New York Times" qəzetinə məlumat verib.
Onun sözlərinə görə, Şükran Günündə evdən şeytan çıxaran və dualar oxuyan kahinlər onun yanına gəlib: "Sui-qəsddən sonra anam özünü günahkar hiss edirdi".
Nensi Pelosi özü ərinin hücuma məruz qalacağını gözləmədiyini deyib. Onun sözlərinə görə, normal həyata qayıtması üçün daha üç-dörd ay lazım olacaq.
Qeyd edək ki, hadisə 2022-ci il oktyabrın 28-də səhər saatlarında baş verib. Hücumda ittiham olunan David Depeyp Pelosinin San-Fransiskodakı evinə girərək siyasətçinin ərinə çəkiclə hücum edib. Pelosi özü həmin vaxt evdə olmayıb.//report

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar