Xəbər lenti
22/04/2025 [16:09]
Dollar kəskin ucuzlaşdı
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Zəlzələ bölgəsinə göndərilən ikinci əl geyimlərlə bağlı suallara - Cavab

Baxılıb: 376     Tarix: 08-02-2023 11:01   

Türkiyədə baş vermiş şiddətli zəlzələdə zərərçəkənlərə yardım məqsədilə toplanan əşyaların geri qaytarılması barədə məlumatlar yayılıb.
Yalnız Azərbaycanda deyil, Türkiyənin özündə də ikinci əl əşyaları toplayan insanların apardıqları yardımların geri çevirildiyi bildirilib. AFAD və Qızıl Aypara Cəmiyyəti tərəfindən verilən “İkinci əl paltarları gətirməyin” açıqlaması isə sosial şəbəkə istifadəçilərində çoxsaylı suallar yaradıb.
Qanunvehedef.az “Qafqazinfo” istinadən xəbər verir ki, Türkiyə Qızıl Aypara Cəmiyyətinin sədri Kerem Kınık sözügedən məlumatla bağlı CNN TÜRK-ə açıqlama verib.
“Bizə ədyal və qızdırıcılar lazımdır. Çadırlar üçün qızdırıcıya ehtiyacımız olacaq. Palto, ayaqqabı, paltar lazımdır. Amma ikinci əl deyil, istifadə olunmamış  olmalıdır. Çünki ikinci əl əşyaları işimizin uzanmasına səbəb olur. Bu cür geyimlər virus yaya, problemləri daha da artıra bilər. Ona görə də, xahiş edirik ki, istifadə edilməmiş geyimlər göndərsinlər”.

Qanunvehedef.azшаблоны для dle 11.2