Xəbər lenti
22/04/2025 [16:09]
Dollar kəskin ucuzlaşdı
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

ABŞ İsrailin yeni qeyri-qanuni məskunlaşma planını tənqid edib

Baxılıb: 557     Tarix: 14-02-2023 13:49   

 ABŞ İsrailin işğal altındakı İordan çayının qərb sahilində əlavə yaşayış məntəqələri açmaq planını dərin problem adlandırıb.
Qanunvehedef.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays gündəlik mətbuat konfransında açıqlama verib.
"İsrailin minlərlə yaşayış məntəqəsini irəlilədəcəyi barədə açıqlaması bizi dərindən narahat edi.Əvvəlki administrasiyalar kimi, biz də tərəflər arasında etimadı sarsıdan, gərginliyi artıran və danışıqlar yolu ilə iki dövlətli həll imkanını sarsıdan bu birtərəfli tədbirlərə qəti şəkildə qarşıyıq", - deyə Prays bildirib.
Prays İsrail hökumətinin İordan çayının qərb sahilində qanuniləşdirəcəyini açıqladığı 9 yaşayış məntəqəsinin də İsrail qanunlarına zidd olduğunu deyib.O, tərəfləri bölgədə iki dövlətli həll vizyonuna zərər verəcək və gərginliyi artıracaq əlavə hərəkətlərdən çəkinməyə çağırıb.
Prays İsrailin qeyri-qanuni hərəkətlərinə qarşı konkret addım atılıb-atılmayacağı ilə bağlı suallardan yayınıb və İsrailin ABŞ-ın bölgədəki ən yaxın müttəfiqi olduğunu və iki ölkənin təhlükəsizliyi üçün yaxından işləməyə davam edəcəyini təkrarlayıb.
Qeyd edək ki, Benyamin Netanyahu əvvəlki gün işğal altındakı İordan çayının qərb sahilində əvvəllər qeyri-qanuni qurulan 9 yaşayış məntəqəsini qanuniləşdirəcəyini, həmçinin bölgədəki zorakılıqları əsas gətirərək yaşayış məntəqələrini genişləndirəcəyini açıqlamışdı.шаблоны для dle 11.2