Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

1800 illik körpü zəlzələdə zərər görməyib - Video

Baxılıb: 354     Tarix: 16-02-2023 12:25   

Türkiyədə fevralın 6-sı baş verən güclü zəlzələ nəticəsində yaşayış binaları ilə yanaşı, bir neçə tarixi mədəniyyət nümunəsinə də zərər dəyib. Buna baxmayaraq, bir neçə əsrlik tarixə malik abidələr zəlzələ zamanı uçmadan salamat halda qala bilib.
Qanunvehedef.az “Cumhuriyet”ə istinadən xəbər verir ki, dağıdıcı zəlzələ zamanı zərər görməyən belə abidələrdən biri də Adıyamanda 1800 illik Cendere körpüsü olub. Təbii fəlakət nəticəsində Roma imperiyası dövrünə aid bu körpüyə zərər dəyməməsi ölkə mediasının da diqqətini çəkib.
Tarixçi Yadigar Sadıqlının məlumatına görə, Roma imperatoru Septimiy Severin hakimiyyət illərində (193-211) tikilən körpü Adıyamanda Cendere çayı üzərində yerləşir. Körpünün uzunluğu 120, eni 7 metrdir. Tağın uzunluğu isə 34,2 metrə bərabərdir.
Məlumata görə, ilk olaraq körpünün hər iki tərəfində iki sütun qoyulub. Bir tərəfdəki iki sütun imperator Severə və arvadı Yuliya Domnaya, digər tərəfdə ikisi onların oğulları Karakalla və Getaya həsr olunub. Amma Severin ölümündən sonrakı hakimiyyət mübarizəsində Karakalla Getanı öldürür və qardaşının adının hər yerdən silinməsini əmr edir. Cendere körpüsündə Getaya həsr olunan sütun da götürüldüyündən üç sütun qalır.
UNESCO tərəfindən Ümumdünya irsi siyahısına salınan körpüdə son dəfə 1997-ci ildə rekonstruksiya işləri aparılıb. O zaman ağırlığı 5 tona qədər olan maşınların körpüdən keçməsinə icazə verilirdi. Daha sonra 500 m aralıda avtomobil körpüsü tikildiyindən buradan yalnız piyadaların keçməsinə icazə verilir. Cendere körpüsü indi də istifadə olunan ən qədim körpülərdən biridir.

шаблоны для dle 11.2



Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar