Xəbər lenti
04/11/2026 [11:29]
Dəfn pulu da artırılır
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Trampdan Türkiyə əleyhinə növbəti addım - "F-35" qalmaqalı

Baxılıb: 621     Tarix: 14-08-2018 12:58   

ABŞ prezidenti Donald Tramp 2019-cu maliyyə ili üçün (ABŞ-da 1 oktyabr tarixindən başlayır) 716 milyard dollar həcmində müdafiə büdcəsini təsdiq edən sənədə imza atıb.
Qanunvehedef.az yenicag.az-a istinadən xəbər verir ki, yeni büdcə ilk növbədə hərbçilərin sayının artırılmasına yönəlib. Onların sayı təqribən 16 min nəfər artacaq.
Bundan əlavə, hərbçilərin pul təminatı 2,6 faiz artırılacaq. Sənəd Ukraynaya hərbi yardım göstərilməsi, həmçinin hərbi sahədə Rusiyaya müqavimət göstərməyə yönəlmiş bir sıra tədbirlərin davam etdirilməsini nəzərdə tutur.
ABŞ prezidentinin ən diqqətçəkən qərarlarından biri isə bu ölkənin Türkiyəyə satmalı olduğu F-35 qırıcılarının təslimatının müvəqqəti dayandırılması barədə əmr imzalamasıdır. Tramp bu qərarı ilə iki ölkə arasında onsuz da gərgin olan münasibətləri daha da mürəkkəbləşdirib. Maraqlıdır ki, bu qərar qanunsuzdur. Çünki Türkiyə F-35 məsələsində müştəri deyil, proyekt ortağıdır və belə bir qərar yolverilməzdir. Rəsmi Vaşinqton bununla Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksini almasına qarşı çıxdığını gizlətmir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar