Xəbər lenti
26/08/2025 [13:15]
Sabah yağış yağacaq
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

SON DƏQİQƏ! Tacikistanda güclü zəlzələ baş verdi

Baxılıb: 449     Tarix: 23-02-2023 10:33   

Tacikistanda səhər saatlarında güclü zəlzələ baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, təbii fəlakətin episentri Dağlıq Bədəxşan Muxtar Vilayətinin Vanjsk rayonu olub.
Tacikistanın Fövqəladə Hallar Nazirliyinin rəsmisi Umed Yusif bildirib ki, səhər 05:37-də 12 ballıq şkala üzrə zəlzələnin təkanları 3-4 bal gücündə hiss edilib.
O, əlavə edib ki, tələfat və dağıntılarla bağlı müraciət daxil olmayıb.
Bu arada Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi açıqlayıb ki, Tacikistanda səhər saatlarında 6,8 bal gücündə zəlzələ qeydə alınıb. Təkanlar Özbəkistan, Qırğızıstan, Əfqanıstan, Çin və Pakistanda hiss olunub.
Çinin Seysmoloji Mərkəzi məlumat yayıb ki, ölkənin şimal-qərbindəki Sincan-Uyğur muxtar bölgəsi ilə Tacikistan sərhədində 7,3 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkan yerli vaxtla 08:37-də (Bakı vaxtı ilə 04:37) qeydə alınıb. Dağıntı və qurbanlar barədə məlumat daxil olmayıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar