Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Üçüncü Dünya müharibəsinin qarşısını yalnız mən ala bilərəm”

Baxılıb: 709     Tarix: 14-03-2023 10:12   

“2024-cü ildə ABŞ prezidenti postuna yenidən seçilməyim ölkəni Üçüncü Dünya müharibəsindən xilas edəcək”.
Qanunvehedef.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-nin keçmiş Prezidenti Donald Tramp Ayova ştatında tərəfdaşlarının mitinqində çıxışı zamanı deyib.
“Mən sizin qarşınızda bunu vəd edə biləcək yeganə namizəd qismində dayanıram – mən Üçüncü Dünya müharibəsinin baş verməsinin qarşısını alacam, çünki bu müharibənin olacağına inanıram. Biz hazırkı administrasiya ilə Üçüncü Dünya müharibəsinə gəlib çıxacağıq, çünki onlar düzgün danışmağı, doğru siqnallar göndərməyi bilmirlər”, - deyə Tramp qeyd edib.
Xatırladaq ki, Tramp daha əvvəlki açıqlamasında prezident seçiləcəyi təqdirdə Ukraynadakı müharibəni 24 saat ərzində həll edəcəyini vəd edib.
Qeyd edək ki, 76 yaşlı Tramp 2017-ci ildən 2021-ci ilə qədər ABŞ-yə rəhbərlik edib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar