Ərdoğanın çıxışından sonra şirkətlər işə keçdi: ABŞ-a zərbə
Baxılıb: 646 Tarix: 17-08-2018 10:04
İri Türkiyə şirkətləri ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın Amerika istehsalı olan elektron məhsulların boykot edilməsinə çağıran çıxışından sonra "Apple" firmasından smartfon alışını dayandırıblar.
Report xəbər verir ki, Türkiyənin iri ticarət meydançalarından biri olan "Dogubank" təqribən 50 milyon dollar dəyərində Ayfon sifarişindən imtina edib.
Telefonlar cari ilin oktyabr-noyabr aylarında ölkəyə gətirilməli idi.
Bir neçə başqa İstanbul firması və bazarı da sözügedən telefonların alışından imtina edib. Bundan əlavə, riteylerlər telefonla yanaşı Amerika istehsalı olan bütün elekronika məhsullarının tədarükünü dayandırırlar.
ABŞ-dan elektron məhsul alışının boykot edilməsi Birləşmiş Ştatların sanksiyalarına cavab olaraq tətbiq edilib.
Ən çox oxunanlar
Son xəbərlər