Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

NASA-dan açıqlama: ABŞ-ın GPS sistemi yox edilsə...

Baxılıb: 517     Tarix: 27-08-2018 10:44   

Kosmik qüvvələr ABŞ-ın GPS naviqasiya sisteminin müdafiəsi, bank və enerji sektorunun fasiləsiz işləməsi üçün önəmlidir.
Qanunvehedef.az xəbər verir ki, bunu “Vaşinqton İkzəminər” qəzetinə müsahibəsində NASA rəhbəri Cim Braydenştayn deyib.
O, ABŞ peyklərinin sıradan çıxarılması təhlükəsinin qarşısını almaq üçün kosmik qüvvələrin önəmli olduğunu bildirib:
“Hər bir bank tranzaksiyası üçün GPS-dən gələcək sinxronlaşdırılmış siqnal vacibdir. Başqa sözlə, əgər GPS olmasa, ABŞ-ın bank sistemi də olmayacaq. Hər şey fəaliyyətini tam dayandıracaq. Eyni situasiya enerji təminatı sahəsində də yarana bilər. Belə ki, enerji axını peyk sistemində ötürülən sinxronlaşdırılmış siqnallarla idarə edilir. Enerji və bank sistemindən başqa peyklərdən kommunikasiya, naviqasiya, məhsul istehsalı, təhlükəsizlik və müdafiə sahələri də asılıdır. ABŞ-ın düşmənləri potensiallarını artırırlar ki, onun kosmosa çıxışını məhdudlaşdırsınlar. NASA ABŞ Kosmik Qüvvələrinin yaradılmasını tam dəstəkləyir”.шаблоны для dle 11.2