Xəbər lenti
04/11/2026 [11:29]
Dəfn pulu da artırılır
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

ABŞ-dan Türkiyəyə şok tələb – Ankara görüşünün pərdəarxası

Baxılıb: 582     Tarix: 28-08-2018 12:34   

ABŞ Türkiyədən istədiklərini almaq üçün yaxşı fürsət əldə edib.
Qanunvehedef.az teleqraf.com-a istinadla xəbər verir ki, bunu türk siyasi analitik Mehmet Acet deyib.
Analitik Maykl R.Törnerin rəhbərlik etdiyi ABŞ Konqresinin nümayəndə heyətinin Ankaraya səfərinə toxunub:
"Amerikanın nümayəndə heyəti Ankaraya gəldi. Xarici İşlər və Müdafiə nazirliklərinin yetkili şəxsləri ilə görüşdü. Yayılan xəbərlərə inansaq, amerikalı konqresmenlər öz tələblərini açıq formada dilə gətiriblər. ABŞ-ın əsas tələbi budur ki, Türkiyə Rusiyanın "S-400"-lərindən imtina edib, Amerika istehsalı "F-35" qırıcıları almalıdır.
Ən maraqlısı isə budur ki, amerikalılar bu tələblərinin ictimaiyyətə açıqlanmasından da narahat deyillər.
Bundan əvvəl də ABŞ bu tələbi dilə gətirmişdi. Amma indi Türkiyədə ağır iqtisadi böhran var. Amerikalılar Türkiyə rəsmilərinə açıq dillə deyiblər ki, əgər böhranın daha da dərinləşməsini istəmirsinizsə, bu tələblərimizi yerinə yetirəcəksiniz".
Mehmet Acet Türkiyədə həbs edilmiş amerikalı keşiş Endryu Branson ətrafında yaranmış vəziyyətdən də danışıb: "ABŞ Branson məsələsini həll etmək üçün Türkiyənin digər problemlərinin düyünlərini bir qədər də bərkitdi. İndi da həm Branson məsələsini, həm də "S-400" problemini həll etmək üçün Türkiyə qarşısında yaxşı mövqedə dayana bilib.
İndi ABŞ-ın şərti budur ki, Ankara ya Bransonu Vaşinqtona ekstradisiya etməlidir, ya da atılacaq ağır addımlara hazır olmalıdır".



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar