Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ərdoğan: Merkel mənə zəng vurub dedi ki, istəyirsinizsə, nazirimi göndərim

Baxılıb: 710     Tarix: 30-08-2018 14:41   

"Türkiyə böyük təhlükələri sovuşdurdu, iki aya qalmaz vəziyyəti nəzarət altına alacağıq"
Qanunvehedef.az azvision.az-a istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsindəki iqtisadi duruma münasibət bildirərkən deyib.
Məzənnədəki dalğalanmaların qarşısını almaq üçün bir sıra tədbirlərin görülüdüyünü vurğulayan Ərdoğan, proses zamanı Türkiyəyə dəstək göstərən başda Almaniya olmaqla, Avropa İttifaqına təşəkkür edib.
"Bu müddət ərzində böyük təhlükələri sovuşdurduq. Bir sıra qərarlar qəbul etdik, görüşlər keçirdik. İki aya qalmaz vəziyyəti nəzarət altına alacağıq. Bu prosesdə başda Almaniya olmaqla, Avropa İttifaqı ölkələrinin dəstəyi çox önəmli idi. Angela Merkel mənə birbaşa zəng edərək, açıq dəstək verdi. Dedi ki, istəyirsinizsə, nazirimi göndərim. Onların bu mövqeyi çox önəmli idi. Bununla da Türkiyədə baş verəcək problemlərin, bütün Avropaya təsir etməsinin qarşısı alındı", - deyə Ərdoğan ABŞ-a mesaj ünvanlayıb.
Türkiyə prezidenti qeyd edib ki, iqtisadi çətinlikləri aradan qaldırmaq üçün Qətər və Küveytlə təmasda olublar: "Bu ölkələrdən iqtisadi dəstək əldə etdik. Ancaq onlara da dolayısı ilə müəyyən təzyiqlər göstərilib".
Ərdoğan Rusiya prezidenti Vladimir Putinin verdiyi siyasi dəstəyin, İran rəhbərliyinin mövqeyinin çox dəyərli olduğunu vurğulayıb.шаблоны для dle 11.2