Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

ürkiyə ASO-ya əmr verdi: Hazır ol

Baxılıb: 457     Tarix: 10-09-2018 12:35   

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin, Azez, Cerablus, Əl-Bab və Çobanbəy bölgələri istiqamətindəki Azad Suriya Ordusu döyüşçülərinə hazırlıq əmri verib.
Qanunvehedef.az xəbər verir ki, İdlibdə gərginləşən vəziyyət fonunda TSQ-nın sərhəd bölgəsindəki zirehli texnika və tank sayı da ikiqat artırılıb.
“Fərat qalxanı”, “Zeytun budağı” və İdlib xəttindəki türk əsgərinin sayı 30 mini keçib. Strateji əhəmiyyətli bölgələrə artilleriya birləşmələri cəlb olunub.
TSQ Yayladağı və Atme arasındakə ərazidə sərhəd qalxanı yaradıb. “Fərat qalxanı” və “Zeytunu budağı” əməliyyatlarında iştirak edən birləşmələr İdlib sərhədinə göndərilib. ASO-ya “hazır ol” əmri verən Türkiyə həmçinin yaraqlılardan döyüşçü sayı, silah və ləvazimat miqdarı kimi detallarla bağlı hesabat hazırlamasını istəyib.
Qeyd edək ki, “Fərat qalxanı” və “Zeytun budağı” bölgələrində yaradılan Milli Ordu nəzdində ASO-nun 30 min döyüşçüsü mövcuddur. Bunların 10 mini sözügedən bölgədə saxlanılıb, 20 mini İdlib istiqamətində göndəriləcək.шаблоны для dle 11.2