Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Nikol savaş açdı: Sərkisyanla gizli danışıq aparan “inqilabçılar”

Baxılıb: 497     Tarix: 11-09-2018 11:00   

Bəzi siyasi qüvvələr özlərini inqilabın müdafiəçisi kimi təqdim edərək, Respublikaçılar Partiyası ilə gizli razılığa girməyə və inqilabı məhv etməyə çalışırlar.
Qanunvehedef.az xəbər verir ki, bunu Erebunidə təşkil edilən mitinqdə çıxışı zamanı Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Bu qüvvələr parlamentdə, restoranlarda respublikaçılarla danışıqlar aparır, onlardan resurslardan istifadə edərək seçkini saxtalaşdırmalarını istəyirlər. Əgər onlar seçkidə qalib gəlsələr, elə edəcəklər ki, növbədənkənar seçki baş tutmasın.
İnqilabdan sonra bizə qoşulan qüvvələr özlərini inqilabçı elan etdilər. Əvvəllər isə onlar bunun əleyhinə çıxır, Serj Sərkisyana yaxşı deyirdilər. İndi isə onlar respublikaçılarla danışıqlar aparırlar. Bu qüvvələr hədəflərinə çatmayacaqlar, onları məğlubiyyət gözləyir”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Çarukyan Blokunun rəhbəri Qagik Çarukyan hökuməti 1 mart qırğınları ilə bağlı açdığı bəzi cinayət işlərinə görə tənqid edib. Ermənistan mətbuatı isə onun gizli şəkildə Robert Köçəryanla danışıqlar apardığını yazıb.шаблоны для dle 11.2