Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Tayvandakı zəlzələdə xəsarət alanların sayı mini keçib

Baxılıb: 665     Tarix: 04-04-2024 12:04   

Tayvanın şərqində baş verən 7,2 bal gücündə zəlzələ nəticəsində xəsarət alanların sayı 1000 nəfəri keçib.
BAKU.WS xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, 9 nəfər təbii fəlakətin qurbanı olub.
Tayvanın yanğınsöndürmə xidməti yaralıların sayının 1050 nəfərə çatdığını, 52 nəfərin isə itkin düşdüyünü bildirib.
Bir çox insan zəlzələdən sonra qorxduqları üçün gecəni açıq havada keçirib. Regionda artıq 300-dən çox yeraltı təkan qeydə alınıb.
Xatırladaq ki, zəlzələ ötən gün, səhər tezdən insanlar işə və məktəbə getməyə hazırlaşarkən, kənd tipli və əhalinin az məskunlaşdığı Hualien əyalətinin şərqində baş verib.
Son 50 il ərzində Tayvan ümumilikdə yeddi böyük zəlzələ yaşayıb, ən sonuncusu 2006-cı ildə 7,1 bal gücündə zəlzələ olub. 1999-cu ildə Tayvanda baş verən güclü zəlzələ 2400 nəfərin həyatına son qoyub.

Qanunvehedef.azшаблоны для dle 11.2