Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Türkiyədən Ermənistana çağırış: Mina xəritələri...

Baxılıb: 872     Tarix: 04-04-2024 15:21   

Türkiyə Ermənistanı işğalından azad edilmiş ərazilərdəki mina sahələrinin dəqiq xəritələrini Azərbaycana təhvil verməyə çağırıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü münasibətilə yaydığı bəyanatda bildirilib.
“BMT Baş Assambleyası dünya ictimaiyyətinin diqqətini mina təhlükəsinə cəlb etmək üçün aprelin 4-nü “Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü” elan edib. Ankara uzun müddət minalarla çirklənmə ilə bağlı ciddi təhlükələrlə üzləşmiş Əfqanıstanın, eləcə də işğaldan azad edilmiş ərazilərində hələ də dəqiq yeri bilinməyən çoxlu minaların olduğu Azərbaycanın narahatlığını bölüşür. Biz Ermənistanı Azərbaycana dəqiq mina xəritələrini verməyə çağırırıq”, - bəyanatda vurğulanıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar