Xəbər lenti
28/08/2026 [09:32]
İran ABŞ-ni hədələdi
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndirildi

Baxılıb: 709     Tarix: 16-04-2024 11:07   

Bu gün Gürcüstan parlamentində xüsusi təhlükəsizlik rejimi tətbiq edilir.
Qanunvehedef.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, parlamentin binasına giriş məhdudlaşdırılacaq və binaya yalnız dəvət olunan şəxslər buraxılacaq.
Məhdudiyyətlər akkreditasiyadan keçən jurnalistlərə şamil edilməyəcək.
Gürcü deputatlar bu gün də plenar iclasda “Xarici təsirin şəffaflığı haqqqında” qanunu müzakirə edəcəklər. Sözügedən qanuna etiraz edənlər səhər saatlarından parlamentin önündə aksiyanı davam etdirəcəklərini açıqlayıblar.
Xatırladaq ki, dünən Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqqında” qanunun müzakirəsi zamanı deputatlar arasında dava düşüb. Bununla paralel olaraq parlamentin önündə etiraz aksiyası keçirilib. Etirazçılar Tbilisinin mərkəzində Rustaveli prospektini bağlayıb. İctimai asayişi pozmaqda təqsirləndirilən 14 nəfər saxlanılıb. Prospektdə hərəkət gecə saatlarında bərpa edilib.

Qanunvehedef.az



{sape_links}{sape_article}