Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə Blinken görüşdü

Baxılıb: 756     Tarix: 18-04-2024 14:54   

Ukrayna xarici işlər naziri Dmitri Kuleba ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Ukrayna XİN rəhbəri “X” hesabında məlumat verib.
Onun sözlərinə görə, görüşdə Ukraynaya mümkün qədər tez daha çox “Patriot” hava hücumundan müdafiə sistemi və raketlərin verilməsinə yönəlmiş birgə qlobal səylər müzakirə edilib.
“Dövlət katibi Blinkenin lazımi qərarların qəbul edilməsinə yönəlmiş səylərini yüksək qiymətləndirirəm”, - Ukrayna XİN rəhbəri qeyd edib.
Tərəflər ABŞ Konqresinin Ukrayna üçün əlavə yardım paketi qəbul etməsinə təcili ehtiyac olduğunu vurğulayıblar.
“Bu, Ukraynaya həyatını xilas etməyə və döyüş sahəsindəki vəziyyəti yaxşılaşdırmağa imkan verəcək güc və inam siqnalı olacaqdır”, - ukraynalı nazir əlavə edib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar