Xəbər lenti
28/08/2026 [09:32]
İran ABŞ-ni hədələdi
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Hindistanda dünyanın ən böyük seçkiləri başladı

Baxılıb: 685     Tarix: 19-04-2024 11:55   

Hindistanda dünyanın ən uzun müddət davam edəcək parlament seçkiləri başlayıb. 
Qanunvehedef.az xarici mediaya istinadən xəbər verir ki, səsvermə 7 mərhələdən ibarət olacaq.
Belə ki, seçki prosesi 19 aprel, 26 aprel, 7 may, 13 may, 20 may, 25 may və 1 iyun olmaqla növbə ilə ölkənin 28 ştatında və 8 ittifaq ərazisində müxtəlif seçki dairələrində baş tutacaq.
Seçkinin nəticələri isə iyunun 4-də məlum olacaq. Bu, dünyada ən uzun müddət davam edəcək seçkilər hesab edilir.
Ümumilikdə namizədlər parlamentin aşağı palatası Lok Sabhada 543 yer uğrunda mübarizə aparacaqlar. Partiya və yaxud koalisiyalar üstünlüyə nail olmaq üçün azı 271 yer qazanmalıdırlar.
Bununla yanaşı, sözügedən parlament seçkiləri qeydiyyata alınan seçici sayına görə də dünya üzrə rekorda imza atıb. Hindistanın Seçki Komissiyasının məlumatına görə, 18 yaşına çatan bütün vətəndaşlar səsvermə hüququna malikdirlər və ümumi seçicilərin sayı 968 milyon nəfərdir. Onlardan 497 milyonu kişi, 471 milyonu isə qadındır.

Qanunvehedef.az



{sape_links}{sape_article}