Xəbər lenti
28/08/2026 [09:32]
İran ABŞ-ni hədələdi
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

İranda prezidenti Seyid İbrahim Rəisinin vəfatından sonra ilk hökumət iclası keçirilib

Baxılıb: 700     Tarix: 22-05-2024 11:21   

İranda Prezident İbrahim Rəisinin vəfatından sonra ilk hökumət iclası keçirilib.
Tədbirə İran prezidentinin səlahiyyətlərini icra edən, birinci vitse-prezident Məhəmməd Moxber rəhbərlik edib.
İclasda İran Prezidenti İbrahim Rəisi ilə vida mərasimində iştirak edəcək xarici ölkələrdən nümayəndə heyətlərinin qəbulu ilə bağlı proqramlar ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin gömrük məsələləri, yollar və xarici dövlətlərlə müqavilələr üzrə təklif olunan bir neçə sənəd də müzakirə olunaraq təsdiq edilib.
Məhəmməd Moxber mərhum Prezident İbrahim Rəisinin yolunu davam etdirməyin vacibliyini qeyd edib.
Xatırladaq ki, mayın 19-da İranın Şərqi Azərbaycan vilayətində Prezident İbrahim Rəisini aparan helikopter qəzaya uğrayıb. Qəza zamanı helikopterin göyərtəsində dövlət başçısı İbrahim Rəisi, İranın XİN başçısı Hüseyn Əmir-Abdullahian, Şərqi Azərbaycan əyalətinin başçısı Malik Rəhməti, Təbrizin cümə imamı Məhəmmədəli Al-Haşim, İbrahim Rəisinin mühafizə xidmətinin rəhbəri Mehdi Musəvi, pilot polkovnik Tahir Mustəfəvi, pilot köməkçisi polkovnik Möhsün Dəryanuş, texniki mayor Bəhruz Qədimi və SEPAH-ın adı açıqlanmayan "Ənsar-əl Mehdi" qərargahının zabiti olublar./Oxu.az

Qanunvehedef.az



{sape_links}{sape_article}