Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Yaponiya Hava Yollarına məxsus iki sərnişin təyyarəsinin qanadları toqquşub

Baxılıb: 460     Tarix: 24-05-2024 12:39   

Yaponiya Hava Yollarına məxsus iki sərnişin təyyarəsi fəlakətdən çətinliklə xilas olub.
Qanunvehedef.az xarici mediaya istinadən xəbər verir ki, terminal 1 dayanacağından çıxarkən təyyarənin qanadı bitişik dayanacağa doğru hərəkət edən digər təyyarənin qanadına dəyib.
Fəlakətdən son anda xilas olan iki təyyarədə xəsarət alan olmasa da, New Chitose hava limanına getmək üzrə olan 503 saylı reys ləğv edilib.
Bildirilib ki, 328 sərnişin və ekipaj üzvü olan 503 saylı reys Tokio Haneda Hava Limanının 1 saylı Terminalında aprondan çıxarkən qanad hissəsində perrona girmək üzrə olan başqa bir təyyarə ilə toqquşub.
Qəzada iştirak edən iki Airbus A350-900 tipli təyyarəyə maddi ziyan dəyib. Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi və Yaponiya Hava Yolları hadisənin təfərrüatlarını araşdırır.

Qanunvehedef.azшаблоны для dle 11.2