Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

ABŞ "Taliban"ın tanınması ilə bağlı qərarını açıqladı

Baxılıb: 548     Tarix: 29-05-2024 14:31   

ABŞ "Taliban"ı Əfqanıstanın qanuni hökuməti kimi tanımağı planlaşdırmır.
Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
O, Rusiya rəhbərliyinin "Taliban"la bağlı bəyanatını şərh edib.
"Biz "Taliban"ı Əfqanıstanın rəsmi rəhbərliyi kimi tanıya bilmərik və tanımayacağıq", - deyə Ağ Evin sözçüsü deyib.
O bu hərəkatın hakimiyyətə gəldikdən sonra götürdükləri öhdəliklərin heç birini yerinə yetirmədiyini vurğulayıb.
Kirbi, həmçinin Rusiyanın "Taliban"ı mümkün tanımasının başqalarına pis siqnal göndərəcəyini deyib.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyi Prezident Vladimir Putinə "Taliban" hərəkatının qadağan olunmuş təşkilatlar siyahısından çıxarıla biləcəyi barədə məlumat veriblər. Bildirilib ki, bu, hərəkatın tanınması üçün məcburi mərhələdir 

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar