Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İrəvan yaxınlığında güclü partlayış oldu, xəsarət alanlar var

Baxılıb: 595     Tarix: 07-06-2024 10:36   

İrəvanın yaxınlığındakı Abovyan şəhərində qazdoldurma məntəqəsində baş vermiş güclü partlayış nəticəsində azı beş nəfər yaralanıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
"İrəvan-Sevan yolunda baş vermiş partlayış və ardınca yanğın nəticəsində, ilkin məlumatlara görə, beş vətəndaş xəstəxanaya yerləşdirilib", - nazirliyin "Facebook" səhifəsində bildirilib.
23:50
İrəvanın yaxınlığındakı Abovyan şəhərində yanacaqdoldurma məntəqəsində güclü partlayış olub.
Məlumata görə, Abovyan şəhərində qazdoldurma məntəqəsində partlayış baş verib.
"911 xidmətinə İrəvan-Sevan yolunun 2-ci kilometrliyində yanacaqdoldurma məntəqələrindən birində partlayış olduğu, nəticədə yanğın baş verdiyi barədə məlumat daxil olub. Oraya Daxili İşlər Nazirliyinin xilasetmə xidmətinin döyüş briqadaları göndərilib. Ətraflı məlumat veriləcək", - ölkənin Daxili İşlər Nazirliyi məlumatı təsdiqləyib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar