Xəbər lenti
28/10/2026 [10:58]
Bu gün 5 matç var
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Pakistan-Əfqanıstan sərhədində insident - 40 yaralı

Baxılıb: 752     Tarix: 07-06-2024 12:39   

Pakistanda Əfqanıstanla sərhəddə yerləşən “Çaman” nəzarət-buraxılış məntəqəsində sakinlərlə polis arasında qarşıdurma baş verib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı “Dawn” qəzeti yayıb.
Bildirilir ki, insident zamanı 40 nəfər xəsarət alıb. Hadisəyə səbəb isə yerli sakinlərin keçirdiyi etiraz aksiyasının liderinin həbs edilməsi olub. Belə ki, sakinlər artıq bir neçə aydır “Çaman” məntəqəsində Pakistan rəhbərliyinin pasport və vizası olmayan şəxslərin sərhədi keçməyə qadağa qoymasına etiraz edirlər. Bundan əvvəl isə pakistanlılar və əfqanlar sərhədi şəxsiyyət vəsiqələri ilə keçə bilirdilər.
Etirazçıların sözlərinə görə, yeni qaydalar tam ləğv olunana və həbs edilən bütün etirazçılar azad edilənə qədər aksiyanı davam etdirəcəklər.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar