Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Netanyahunun oğlunun yaşadığı binada bomba həyəcanı

Baxılıb: 835     Tarix: 22-08-2024 11:44   

İsrailin Baş naziri Benyamin Netanyahunun böyük oğlu Yairin Mayamidə yaşadığı elit yaşayış kompleksində partlayıcı qurğuya bənzər əşya aşkar edilib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı İsrailin “N12” telekanalı yayıb.
Məlumata görə, avqustun 20-də bina sakinləri öz mənzillərini tərk etməmələri və pəncərəyə yaxın durmamaları ilə bağlı kompleksin administrasiyasından və polisdən bildiriş alıblar. Üç saatdan sonra isə onlara sözügedən əşyanın yoxlanıldığı və onun bomba olmadığı barədə məlumat verilib.
Kompleks sakinlərindən birinin telekanala verdiyi məlumata görə, həmin binada çox sayda israilli yaşayır. Onun sözlərinə görə, insident zamanı Netanyahunun 33 yaşlı oğlu binada olmayıb. Bununla belə, digər sakin bildirib ki, Yair Netanyahu “nə isə baş verəcək deyə həmişə narahat olur” və vaxtının çoxunu evdə keçirir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar