Xəbər lenti
28/10/2026 [10:58]
Bu gün 5 matç var
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Hindistanın Baş naziri Narendra Modi Kiyevdədir

Baxılıb: 767     Tarix: 23-08-2024 10:50   

Hindistanın Baş naziri Narendra Modi Ukraynaya səfər edib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı “Times of India” yayıb.
Bildirilir ki, bu, müstəqillik dövründə Hindistan baş nazirinin Ukraynaya ilk rəsmi səfəridir.
Modinin Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirəcəyi gözlənilir.
Xatırladaq ki, N.Modi iyulda Moskvaya ikigünlük səfər edib və Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Ukrayna Prezidenti Volodimir Zelenski sözügedən səfərə narazılığını, ABŞ isə narahatlığını bildirmişdi. Zelenskinin tənqidlərindən sonra isə Ukraynanın Hindistandakı səfiri Aleksandr Polişuk bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılmışdı.
Onu da qeyd edək ki, Modinin Moskvaya səfəri Rusiya ordusunun iyulun 8-də Kiyevə raket zərbələri endirməsi ərəfəsində baş tutmuşdu.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar