Xəbər lenti
28/10/2026 [10:58]
Bu gün 5 matç var
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İstanbulda bombalı hücum hazırlayan İŞİD terrorçusu tutuldu

Baxılıb: 771     Tarix: 30-08-2024 12:56   

İstanbulda bombalı hücum təşkil edən İŞİD üzvü terrorçu əməliyyat nəticəsində tutularaq həbs edilib.
Qanunvehedef.az türk mediasına istinadən xəbər verir ki, İstanbul Polis İdarəsi Kəşfiyyat və Terrorla Mübarizə Şöbə Müdirlikləri İŞİD-in İstanbulda bombalı hücum təşkil etdiklərini müəyyən edərək, təşkilatın əlaqələrini izləməyə başlayıb. Suriyada bomba hazırlamaq və terror hücumu təhsili alan və qeyri-qanuni yollarla Türkiyəyə gələn İŞİD üzvü Cemal A.Y. Bağcılarda yaşadığı ünvanda həyata keçirilən xüsusi əməliyyatla ələ keçirilib.
Əməliyyat zamanı Cemal A.Y.-nin evindən çoxlu təşkilati sənədlər, bombalar və rəqəmsal materiallar, çarpayısının altından qılınc tapılıb.
İstanbul İl Polis İdarəsindəki əməliyyatlardan sonra ədliyyəyə sövq edilən Cemal A.Y. "Terror Təşkilatına üzv olmaq" ittihamı ilə həbs edilib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar