Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Zelenski Kulebanın istefasından danışdı

Baxılıb: 752     Tarix: 05-09-2024 10:34   

Ukrayna Prezidenti Volodimir Zelenski dünən axşam “Xalqın qulluqçusu” fraksiyasının iclasında iştirak edib.
Qanunvehedef.az “Unian”a istinadən xəbər verir ki, Zelenski iclas zamanı hökumətdəki dəyişikliklərdən bəhs edib. O, əsas olaraq ölkənin xarici işlər naziri Dmitri Kulebanın istefası məsələsini şərh edib.
Ukrayna liderinin sözlərinə görə, nazirə ölkəyə silah verilməsi məsələsini təşviq etməyə enerjisi kifayət etməyib.
Xatırladaq ki, Ukraynada son günlər bir neçə nazir gözlənilmədən istefa verib. Onlar arasında D.Kuleba ilə yanaşı, Ukraynanın müvəqqəti işğal edilmiş ərazilərinin reinteqrasiya məsələləri naziri İrina Vereşuk, ədliyyə naziri Denis Malyuska, ətraf mühit naziri Ruslan Streleç və sənayenin strateji sahələləri məsələləri üzrə nazir Aleksandr Kamışin olub.
“The Telegraph” Kulebanın istefasının ən böyük “sarsıntı” olduğunu yazıb: “Dmitri Kuleba Nazirlər Kabinetinin ən çox tanınan üzvlərindən biri idi, lakin onun hava hücumundan müdafiə sistemləri barədə istəkləri son aylar diqqətsiz qalıb”.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar