Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Aleksandr Sırski Kurska hücumun əsas məqsədlərini açıqladı

Baxılıb: 635     Tarix: 06-09-2024 09:55   

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski Kursk vilayətinə hücumun əsas məqsədlərini açıqlayıb.
Qanunvehedef.az xəbər verir ki, o bu barədə “CNN”ə müsahibəsində danışıb.
Onun sözlərinə görə, Ukrayna ordusunun həmin vilayətlə bağlı əməliyyat keçirməsinin məqsədi Rusiya ordusunun həmin ərazidən hücumuna yol verməmək, “təhlükəsizlik zonası” yaratmaq, transsərhəd atışmaların qarşısını almaq, əsir götürmək və ukraynalıların ruh halını yüksəltmək olub.
Sırski Rusiya ordusunun Kursk vilayətindən hücuma hazırlaşdığını da iddia edib.
Xatırladaq ki, Ukrayna ordusu avqustun 6-da Rusiyanın Kursk vilayətinə hücum edib. Nəticədə çox sayda yaşayış
məntəqəsinə nəzarət ələ keçirilib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar