Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Türkiyədə 8 yaşlı Narinin dəfnindəki gəlinlik müzakirə yaratdı - Foto

Baxılıb: 654     Tarix: 10-09-2024 11:38   

Türkiyə gündəmini zəbt edən 8 yaşlı Narin Güranın dəfni müzakirə yaradıb.
Qanunvehedef.az xəbər verir ki, buna səbəb dəfn zamanı onun tabutunun üzərinə gəlinlik qoyulması olub.
Sosial şəbəkə izləyiciləri və məşhurlar azyaşlı üçün rəmzi olaraq gəlinlik deyil, məktəbli forması, kitab və ya oyuncağın daha uyğun olduğunu bildiriblər.
Aktrisa Bergüzar Korel instaqram hesabında bu sözləri yazıb: “Məktəbli forması və ya oyuncaq yerinə niyə gəlinlik?! 8 yaşlı günahsız uşağın tabutuna gəlinlik qoymaq əngəl olmaq istədiyimiz mentalitetin özüdür”.
Bu məsələyə səssiz qalmayan daha bir aktrisa isə Ezgi Mola olub: “Tabutun üstünə oyuncaq, məktəbli forması qoymalı idilər. Balaca bir uşağı gəlin kimi görmələrini rəzalət hesab edirəm”.
Qeyd edək ki, 19 gün axtarışları davam edən Narinin meyiti kisəyə qoyulmuş vəziyyətdə sentyabrın 8-i yaşadığı Tavşantəpə kəndi ərazisində tapılıb. Hadisə ilə bağlı onun valideynləri, qardaşı və Tavşantəpə kəndinin muxtarı olan əmisi Sami Güran saxlanılıb. Daha sonradan atası sərbəst buraxılıb.
Məsələ ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verərək qatilin ən ağır şəkildə cəzalandırılacağını bəyan edib.






Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar