Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

8 yaşlı Narinin bacısı da illər əvvəl öldürülüb?

Baxılıb: 636     Tarix: 12-09-2024 11:13   

Türkiyənin Diyarbəkir şəhərində 19 gün davam edən axtarışlardan sonra sentyabrın 8-i cəsədi tapılan 8 yaşlı Narin Güranın bacısının illər əvvəl öldürüldüyü barədə məlumat yayılıb. İddiaya görə, beş yaşlı Tülin 5 il öncə pilləkənlərdən yıxılaraq ölüb və ekspertiza aparılmadan dəfn edilib.
Qanunvehedef.az “Sabah”a istinadən xəbər verir ki, bundan sonra Diyarbəkir Cümhuriyyət Baş Prokurorluğu Narinin 5 il öncə naməlum şəraitdə dünyasını dəyişən bacısı Tülinin ölümü ilə bağlı da istintaq başladıb.
İstintaq çərçivəsində Narinin ailə üzvlərindən saxlanılmayan əmisi Erhan Güran isə Tülinin öldürülməsi ilə bağlı iddiaları təkzib edib: “Narinin böyük bacısı Tülin 2019-cu ildə vəfat edib. O, anadangəlmə şikəst, boynundan aşağı iflic olub. Tülin yataq xəstəsi idi. Həmin müddətdə xəstəxanaya yerləşdirilib və reanimasiyada ölüb”.
Fotoda Erhan Güran 
Bildirilir ki, Prokurorluq Diyarbəkir Uşaq Xəstəlikləri Xəstəxanasından araşdırma üçün məlumat və sənədlər tələb edib.
Qeyd edək ki, boğularaq öldürüldüyü bildirilən Narinin qətlində əsas şübhəli ailənin yaşadığı Tavşantəpə kəndinin muxtarı olan əmisi Sami Güran olub. O, qəsdən adamöldürmə maddəsi ilə həbs olunub.
Narinin anası, atası, iki qardaşı və əmisi də daxil olmaqla 24 şübhəli saxlanılıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar