Xəbər lenti
28/10/2026 [10:58]
Bu gün 5 matç var
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Məcid Taxt-Rəvançi ermənistana gedəcək

Baxılıb: 977     Tarix: 13-09-2024 14:08   

İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi Ermənistana səfər edəcək.
Qanunvehedef.az “Sputnik Ermənistan“a istinadən xəbər verir ki, o bu barədə “X“ sosial şəbəkəsində erməni həmkarı Vaan Kostanyanla söhbətindən sonra məlumat verib.
“Mən indicə Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyandan xoş dəvət aldım, bütün qonşularımızla münasibətləri möhkəmləndirmək istəyimizi bildirdim və İrəvana dəvətini məmnuniyyətlə qəbul etdim”, - deyə Taxt-Rəvançi yazıb.
Xatırladaq ki, bu günlərdə İran XİN rəhbərinin digər müavini Məhəmməd Həsən Şeyxolislami beynəlxalq forum çərçivəsində İrəvana səfər edib. O qeyd edib ki, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması kontekstində Tehran Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsinə yönəlmiş danışıqları alqışlayır və sülh sazişinin imzalanması prosesinin sürətləndirilməsinin vacibliyini vurğulayır.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar