Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Livandakı partlayışda ölənlərin sayı artdı

Baxılıb: 886     Tarix: 18-09-2024 15:21   

Livanda peycerlərin anidən partlaması nəticəsində həlak olanların sayı 12 nəfərə yüksəlib.
Qanunvehedef.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Livanın səhiyyə naziri vəzifəsini icra edən Firas Abyad Beyrutda mətbuat konfransında açıqlayıb.
Onun sözlərinə görə, həlak olanlar arasında 2 uşaq var.
Abyad, həmçinin qeyd edib ki, livanlı həkimlər sutka ərzində 460 cərrahi əməliyyat həyata keçirib: “300-dən çox şəxs isə reanimasiyaya yerləşdirilib, onlardan əksəriyyətinin vəziyyəti ağırdır”.
Bununla belə, o, mediada insident zamanı 4000-dən çox insanın yaralanması xəbərini təkzib edib: “Xəstəxanalara 2800 yaralı çatdırılıb”.
Xatırladaq ki, sentyabrın 17-də Beyrutda “Hizbullah” tərəfindən istifadə edilən portativ rabitə qurğuları anidən partladılıb. Ən son məlumatda hadisə nəticəsində 11 nəfərin öldüyü, 4 mindən çox insanın isə yaralandığı bildirilirdi.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar