Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Tarixi paytaxtımızda yanacaq çatışmazlığı yaşanır

Baxılıb: 790     Tarix: 27-09-2024 14:35   

Təbriz şəhərində hazırda uzun müddətli elektrik kəsintiləri ilə yanaşı ciddi yanacaq çatışmazlığının da yaşanması əhalinin etirazlarına səbəb olub.
Qanunvehedef.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, Təbriz Neftayırma Zavodu əyalətin yanacaq tələbatını qarşılamaq gücündə olmadığı üçün şəhərdə bir çox yanacaqdoldurma məntəqəsi fəaliyyətini dayandırıb.
Şərqi Azərbaycan əyalətinin Milli Neft Məhsullarının Paylama Şirkətinin direktoru Nasir Raşidi faktı təsdiqləyib.
“Zavodun istehsal etdiyi benzin əyalətin gündəlik ehtiyaclarını təmin etməyə qadir deyil. Hazırda Şərqi Azərbaycanda gündəlik 1.5, 2 milyon litr arası benzin çatışmazlığı yaşanır”, - Raşidi bildirib.
O, hökumətin İsfahandan Şərqi Azərbaycana yanacaq tədarükü barədə göstəriş verdiyini, ancaq yanacaq tankerlərinin çatışmazlığı səbəbindən bunun baş tutmadığını söyləyib.
Mütəxəssislər və siyasi fəalların fikrincə, İranın fərqli bölgələrində qeyri-bərabər inkişaf və fərqli bölgələr üçün düzgün planlaşdırmanın aparılmaması, həmçinin bəzi bölgələrdə enerji sektoruna kifayət qədər investisiya qoyulmaması bu cür problemlərin əsas səbəblərindən biridir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar