Xəbər lenti
28/10/2026 [10:58]
Bu gün 5 matç var
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Ukraynaya vəd etdiyi yardımı Fransa verə bilməyəcək

Baxılıb: 829     Tarix: 15-10-2024 09:49   

“Fransanın 2024-cü ildə Ukraynaya hərbi yardımı 2 milyard avronu keçəcək, lakin fevralda Paris və Kiyev arasında imzalanmış təhlükəsizlik sahəsində əməkdaşlıq sazişində nəzərdə tutulan 3 milyard avroya çatmayacaq”.
Qanunvehedef.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastyan Lekornu Milli Assambleyanın (parlamentin aşağı palatası) müdafiə komissiyasında dinləmələr zamanı deyib.
“2024-cü ilin əvvəlində bu yardımın 3 milyard avroya qədər arta biləcəyinə dair siyasi qərar verilsə də, reallıqda bu, 2 milyard avronu keçəcək, lakin 3 milyard avroya çatmayacaq”, - deyə o bildirib.
Nazir əlavə edib ki, Kiyevə dəstəyin artırılması digər məsələlərlə yanaşı, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi hesabına təmin ediləcək.
Qeyd edək ki, fevralın 16-da Fransa və Ukrayna Prezidentləri Emmanuel Makron və Volodimir Zelenski ikitərəfli təhlükəsizlik sazişi imzalayıblar. Bu sazişin bir hissəsi olaraq Fransa 2024-cü ildə Ukraynaya 3 milyard avroya qədər əlavə hərbi yardım göstərməyi öhdəsinə götürüb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar