Xəbər lenti
28/10/2026 [10:58]
Bu gün 5 matç var
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Gürcüstan DTX-dən seçkiqabağı - Xəbərdarlıq

Baxılıb: 889     Tarix: 16-10-2024 11:38   

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti ölkədə keçiriləcək parlament seçkiləri ərəfəsində baş verə biləcək təxribatlarla bağlı xəbərdarlıq yayıb. 
Qanunvehedef.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, qurumun məlumatına görə, siyasi dairələrlə əlaqəli qruplar saxta video və səs yazıları yaymağı planlaşdırır.
Sözügedən yazılarda isə Gürcüstanın hökumət nümayəndələrinin səs və videogörüntülərindən istifadə oluna biləcəyi qeyd olunub:
“Bu cür yalan məlumatların yayılmasında məqsəd hakimiyyət qolları arasında qarşıdurmanı qızışdırmaq, eləcə də hökumətlə Pravoslav kilsəsi arasında düşmənçiliyi alovlandırmaq, hökumətin Qərb tərəfdaşları ilə münasibətlərini pisləşdirməkdir”.
Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar