Xəbər lenti
28/10/2026 [10:58]
Bu gün 5 matç var
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İsrailin Baş nazirindən Makrona sərt cavab

Baxılıb: 851     Tarix: 17-10-2024 10:45   

İsrailin Baş naziri Benyamin Netanyahu Fransa Prezidenti Emmanuel Makronu İsrailin  BMT-nin fərmanı ilə yaradılması barədə söylədiyi sözlərdən sonra hörmətsizlikdə ittiham edib.
Qanunvehedef.az xəbər verir ki, Netanyahu bu barədə “Le Figaro” qəzetinə müsahibəsində deyib.
“Bu, tarixdən məlumatsızlığı və hörmətsizliyi göstərir. BMT yəhudi xalqının dövlət hüququnu tanıyıb, lakin təbii ki, onu yaratmayıb”, - deyə Baş nazir qeyd edib.
Netanyahunun fikrincə, Makronun İsrailin BMT-nin fərmanı ilə yaradıldığını iddia etməsi tarixin üzücü təhrifidir.
Onun sözlərinə görə, İsrail Müstəqillik Müharibəsi nəticəsində dövlətçilik əldə edib.
Qeyd edək ki, Fransa Prezidenti Nazirlər Şurasının qapalı iclasında Netanyahunu BMT qərarlarına diqqət yetirməyə çağırıb. O deyib ki, İsrail BMT-nin qərarı ilə yaradılıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar