Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Peruda Eks-prezidentə 20 il 6 ay iş verildi

Baxılıb: 954     Tarix: 22-10-2024 11:13   

Peruda məhkəmə ölkənin keçmiş Prezidenti Alexandro Toledonu 20 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Qanunvehedef.az TASS-a istinadən xəbər verir ki, Toledo Okeanlararası magistral işi üzrə rüşvətxorluq, çirkli pulların yuyulmasında təqsirli bilinib.
Məhkəmə bildirib ki, eks-prezident 35 milyon dollar rüşvət qarşılığında Braziliyanın “Odebrecht” tikinti şirkətinə Braziliya və Perunu birləşdirən şossenin iki hissəsinin inşası ilə bağlı müqaviləyə nail olmağa kömək edib.
Qeyd edək ki, A.Toledo 2001-2006-cı illərdə Peru prezidenti olub. O, 2023-cü ilin aprelində son illər yaşadığı Kaliforniya ştatında ABŞ rəhbərliyi tərəfindən həbs edilib və ölkəsinə ekstradisiya edilib. Sabiq prezidentin həbsinə dair order 2017-ci ildən qüvvədə olub.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar