Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bəzi ölkələr Ukraynanın NATO-ya üzvlüyünün əleyhinədir - KİV

Baxılıb: 815     Tarix: 24-10-2024 11:49   

Yeddi ölkə Ukraynanın NATO-ya dəvət edilməsinin əleyhinədir.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Politico” yayıb.
Bildirilib ki, həmin ölkələr Almaniya, ABŞ, Macarıstan, Slovakiya, Belçika, Sloveniya və İspaniyadır.
“Alyansın əsas mövqeyə sahib üzvləri Rusiya ilə müharibəyə cəlb edilmək ehtimalından narahatdırlar”, - deyə məlumatda qeyd olunub.
Nəşrin mənbələri qeyd edib ki, ABŞ və Almaniya Ukraynanın gələcəkdə, hərbi əməliyyatlar başa çatdıqdan sonra NATO-ya üzv olmasını istisna etmirlər.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 16-da Ali Radada beş maddədən ibarət “Qələbə planı”nı təqdim edib. Onun ilk maddəsi Ukraynanın hərbi əməliyyatlar başa çatmamış NATO-ya dəvət edilməsini nəzərdə tutur.

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar