Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

ABŞ-ın “dünyası” dağılır: Nümunə Tiflisdir...

Baxılıb: 923     Tarix: 30-10-2024 13:55   

Atlantikanın başçılıq etdiyi dünya dağılır və bunun ən bariz nümunəsi Gürcüstandır.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Sabah”ın köşə yazarı Bercan Tutar yazıb.
“ABŞ layihələri bir-birinin ardınca pozulur. Şərqi Avropa, Yaxın Şərq, Mərkəzi Asiya, Hind-Sakit okean, Şimali və Mərkəzi Afrika, Sahel regionu və Latın Amerikasından sonra əsas geosiyasi əhəmiyyətə malik Cənubi Qafqazda Amerikanın xarici siyasəti axsamağa başladı. Bunun ən bariz nümunəsi isə Gürcüstandır. Unutmayaq ki, Gürcüstan indiki Ukrayna kimi 2008-ci ildə ABŞ-ın maraqları naminə Rusiya ilə müharibəyə getdiyi üçün parçalandı. Lakin Abxaziya və Cənubi Osetiyanı itirən Gürcüstan heç vaxt ABŞ və Avropadan müdafiə almadı”, - o bildirib.
Tutar qeyd edib ki, taleyin ümidinə buraxılan Gürcüstan yavaş-yavaş özünə gələ bilsə də, Qərbdən uzaqlaşıb:
“Və bu bərpanın lokomotivi 2012-ci il aprelin 19-da milyarder iş adamı Bidzina İvanişvilinin təsis etdiyi Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası oldu. Elə həmin il seçki uğurları sayəsində bu qüvvə koalisiya hökumətinin bir hissəsi oldu. Sonra 2016 və 2020-ci il seçkilərində təkbaşına qalib gəldi. Nəhayət, Gürcü Arzusu 2024-cü il oktyabrın 26-da keçirilən parlament seçkisində Qərbin bütün antitəbliğatlarına, eləcə də siyasi və iqtisadi müdaxilələrinə baxmayaraq, tarixi qələbə qazandı”.

Qanunvehedef.az шаблоны для dle 11.2



Buy yes2win pbn google seo ranking