Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

“Hizbullah”​ın yeni liderindən ilk - Açıqlama

Baxılıb: 782     Tarix: 31-10-2024 10:32   

“Hizbullah”ın yeni lideri Naim Qasım təşkilatın lideri kimi ilk televiziya müraciətini edib.
Qanunvehedef.az bu barədə “The Jerusalem Post”a istinadən xəbər verir.
N.Qasım çıxışı zamanı hərəkatın əvvəlki lideri Həsən Nəsrullahın yolunu davam etdirmək niyyətində olduğunu elan edib: “Biz müharibə planımızı davam etdirəcəyik. Biz heç kimin adından və ya kiminsə layihəsi üçün mübarizə aparmırıq, Livan üçün mübarizə aparırıq. İran bizim layihəmizi dəstəkləyir”.
O, sentyabr və oktyabr aylarında İsrailin zərbələri nəticəsində öldürülən “Hizbullah”ın keçmiş liderləri Həsən Nəsrullah və Haşim Səfiəddin, həmçinin HƏMAS-ın keçmiş rəhbəri Yəhya Sinvardan da danışıb.
Onun sözlərinə görə, “Hizbullah” HƏMAS-a dəstəyini davam etdirəcək.
Qasım ABŞ və Avropa daxil olmaqla, İsraili dəstəkləyən ölkələri tənqid edib.

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar