Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Respublikaçılar ABŞ Senatına seçkilərdə öndədir

Baxılıb: 890     Tarix: 06-11-2024 10:37   

ABŞ-də prezident seçkiləri ilə eyni vaxtda Konqresə keçirilən seçkilərdə Respublikaçılar irəlidədir.
Qanunvehedef.az “Fox News” telekanalına istinadən xəbər verir ki, hələ səslərin hesablanması başa çatmasa da, Respublikaçılar Senatda (ABŞ Konqresinin yuxarı palatası ) 100 yerdən 51-ni qazanıblar.
Qeyd olunub ki, əvvəlki seçkilərdə Senatda üstünlüyə Demokratlar sahib idi.  
Bununla yanaşı, Respublikaçıların Nümayəndələr Palatasına keçirilən seçkilərdə də öndə olduğu qeyd olunub.
Xatırladaq ki, hazırda ABŞ-də prezident seçkiləri davam edir. Prezident postu uğrunda Demokratların nümayəndəsi Kamala Harrislə Respublikaçılar Partiyasının namizədi Donald Tramp mübarizə aparır. İlkin qiymətləndirmələrə görə, Tramp hazırda Harrisi üstələyir.

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar