Xəbər lenti
28/10/2026 [10:58]
Bu gün 5 matç var
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Əfsanəvi boksçu Mayk Tayson özündən 31 yaş kiçik boksçu ilə döyüşəcək

Baxılıb: 435     Tarix: 15-11-2024 11:14   

Əfsanəvi boksçu Mayk Tayson uzun müddət sonra rinqə çıxacaq. 
Qanunvehedef.az xəbər verir ki, o, 27 yaşlı Ceyk Polla üz-üzə gələcək. Bu döyüş Texas ştatının Arlinqton şəhərindəki “AT&T Stadionunda” keçiriləcək.
Hazırda qarşılaşma üçün 80 min bilet satılıb. Mayk Tayson bu döyüşdən ən azı 20 milyon dollar qazanacaq. O, qalib gələrsə, gəliri 40 milyon dollara qədər qalxa bilər.
Ceyk Poll da döyüşdən 40 milyon dollar əldə edəcək.
Xatırladaq ki, Mayks Taysonun 58 yaşı var və o, rəqibindən 31 yaş böyükdür.
Ceyk Poll ilə bağlı fakt odur ki, o, təkcə boksçu kimi məşhurlaşmayıb, bloqer və aktyor kimi də tanınır.
Bu gecə baş tutacaq döyüşdən öncə tərəflərin çəki mərasimi olub. C.Poll Mayk Taysona meydan oxuyub. O, Taysonu məğlub edərək tarixə düşəcəyini deyib: “Mən bu görüşdən tarixi qələbə ilə ayrılacam”.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar